Azərbaycanlı idmançı Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov  və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə birlikdə vaxt keçirib.

Offsideplus.az xəbər verir ki, bu barədə Səmədov öz sosial şəbəkə hesabında paylaşım edib. Kadırovun özəl dəvəti ilə Qroznı şəhərində təşkil olunan ziyafətə Səmədov və Özçivitlə yanaşı “Kuruluş Osman” serialının komandası da dəvət edilib.

Qeyd edək ki, Zabit Səmədov  “Kuruluş Osman” serialında “Gencebay” obrazını canlandırır.

Screenshot 2021 02 12 003322