Vətən müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.

Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.

Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qoşulub. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.(qafqazinfo.az)

Allah rəhmət eləsin!