"Qəbələ" komandasının UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki rəqibi bəlli olub.

Offsideplus.az xəbər verir , “qırmızı-qaralar”ın bu raundda “Şkendiya” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Qarşılaşma püşkə əsasən, Şimali Makedoniyada keçiriləcək.

Bir oyundan ibarət mərhələnin görüşləri 2-3 martda baş tutacaq.