Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən məhsuldar müdafiəçilərinin siyahını hazırlayıb.

Offsideplus.az xəbər verir ki, cədvəldə il ərzində 10 və daha çox qol vuran futbolçular yer alıb.

Siyahıya 17 topla Şotlandiyanın “Reyncers” klubunun ingiltərəli müdafiəçisi Ceyms Tavernyer başçılıq edir. O Şotlandiya liqasında 11, kubokunda 1, avrokuboklarda 5 dəfə fərqlənib.

Serxio Ramos (İspaniya, “Real”) 2-ci, Məhəmməd Əziz (Mərakeş, “Berkan”) 3-cü, Murad Xalmuxamedov (Özbəkistan, “Bunedkor”) 4-cüdür. Onlar hərəyə 13 qola sevinib.

Qeyd edək ki, il ərzində yalnız 9 müdafiəçi 10 və ya daha çox qol vura bilib.