İkinci Qarabağ müharibəsində iştirak edən, şəhid olan və yaralanan idmançıların sayı bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev "Feysbuk" səhifəsində yazıb. Belə ki, Vətən müharibəsində ümumilikdə 478 idmançımız döyüşüb. Onlardan 54 nəfəri şəhid olub, 51- yaralanıb, 2 idmançımız isə itkin düşüb.
Bundan əlavə, dörd idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb.