Monteneqro yığmasının qapıçısı tərbiyəsizliklə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, Andriya Draqoyeviç yığmamızla oyundan sonra Ermənistana dəstək verib. 28 yaşlı qapıçı şəxsi “instaqram” səhifəsində monteneqrolu futbolçuların yığmamız üzərindəki 2:0 hesablı qələbəni qeyd etmələrinin fotosunu paylaşaraq, üzərinə “Ermənistan üçün” və “Artsax, Ermənistan” sözlərini yazıb.
2018-ci ildən “Pünik”in şərəfini qoruyan, Draqoyeviç çoxsaylı şikayətlərə görə səhifəsini gizlilik altına salıb.
Qeyd edək ki, FaruK Hacıbegiçin Azərbaycan və Lüksemburqla oyunlar üçün açıqladığı heyətdə Draqoyeviçə yer tapılmayıb.