Azərbaycanlı Beynəlxalq dərəcəli idman ustası, 7 dəfə döyüş sambosu üzrə çempion olan Ruslan Əliyev "Facebook"da (Ruslan Hasanov profili ilə) "Hüquqşünaslar" adlı qrupda paylaşım edib.

 Offsideplus.az xəbər verir ki, idmançı şərab mağazasında 3 müştərinin aldıqları məhsulun ödənişini etmədiyini, ödəniş tələb olunduqda siqaret vitrinini dağıtdığına görə mübahisə etdiyini bildirib. Müştərilərdən biri bıçaq çıxarıb və dava başlayıb. Ruslan Əliyev müdafiə zəminində hər üçünü döyüb, özü də əlindən xəsarət alıb.

Hazırda ona 126.2.1 maddəsi ilə cinayət işi açılıb: "Aramızda 22 dəqiqə dava olub. Bunlardan biri bıçaqla mənə hücum etdi. İndi mənə 126.2.1 maddə ilə cinayət işi başladılıb. Hansı ki dükanda olan 8 kameranın səsli çəkilişləri var. Mən orda nə soyuq silah, nədəki odlu silah istifadə etmişəm. Sadəcə özümü müdafiə etmişəm".

Hazırda xəsarət alanlardan ikisi reanimasiyadadır.

117607165 1707336976072503 5506510080846063722 o

117599850 1707342872738580 2054235444358104230 o 1

117444778 1707346136071587 608280543073446932 o