Yerli oyun şirkəti "Eleven Kings"in İngiltərə Premyer Liqasında çıxış edən "Şeffild Yunayted"lə əməkdaşlıq etdiyi barədə məlumat vermişdik.

Offsideplus.az xəbər verir ki,İngiltərə klubunun yayımlayadığı xüsusi buraxılış jurnalının ikinci səhifəsində "Eleven Kings" haqqında reklam məlumatları yer alıb. Jurnal həm çap halında, həm də onlayn kanallarda satışa çıxarılıb.

Daha əvvəl "Şeffild Yunayted"in "Inside United" adlanan rubrikası "Eleven Kings"in sponsorluğu ilə yayımlanıb. Sözügedən veriliş "Youtube", "Facebook", "Twitter", "Spotify" kimi müxtəlif kanallarla yayımlanır.

Qeyd edək ki, "Eleven Kings" onlayn futbol menecer oyunudur. Azərbaycanlı komandanın yaratdığı bu oyun hazırda Google Play və App Store-da mövcuddur. Yaxın günlərdə oyunun Desktop versiyası da istifadəyə veriləcək.

106581910 1056763768053048 5754340778742974589 n