Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına reaksiya verib.

Offsideplus.az xəbər verir ki, UEFA-nın "Twitter"dəki səhifəsində "İrqçiliyə yox de. Biz birlikdə güclüyük" yazılıb.

Təşkilatın müraciətinə qara kvadrat da əlavə edilib.

101838969 199830627793683 363387600842522624 n

Qeyd edək ki, axtarışda olan afroamerikalı Corc Floyd polisin 8 dəqiqə dizi ilə üzünü asfalta sıxması nəticəsində vəfat edib.