Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib. 

Offsideplus.az xəbər verir ki, Z. Cəfərova dünən axşam saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı vardı. Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular. 

Qeyd edək ki, bu barədə Araz Aslanlı "Facebook" hesabında paylaşım edib.