"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rio Ferdinand 2011-ci ildəki Çempionlar Liqası finalı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, "Barselona"ya uduzduqları həmin matçla bağlı bunları deyib:

"Barselona" 2011-ci ildə "Uembli"də bizə dərs keçdi. Messi qatil, Ronaldinyo sehrbaz kimi idi. Messi hər şey edə bilir və bu sonda qol və ya assistlə yekunlaşırdı. "Barselona" kuboku qaldırarkən mən, Giqqs və Skoulz əlimiz ağzımızda onları izləyirdik və mən dedim: "Mən utanıram, uşaqlar, Messi bizə ağır gəldi".

Qeyd edək ki, oyun "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.