Almaniyanın “Kayzerslautern” klubu müflis olub.
Offsideplus.az xəbər verir ki, “Kicker” nəşri klubun tezliklə özünü müflis elan edəcəyini yazıb.
3-cü Bundesliqa təmsilçisinin 24 milyon avro borcu var. Dördqat Almaniya çempionuna gələn mövsümün lisenziyası üçün 15 milyon avro lazımdır.
Klub rəhbərliyinin sponsor axtarmaq cəhdləri uğursuz olub.
Qeyd edək ki, “Kayzerslautern” 4 dəfə Almaniya çempionluğu ilə yanaşı, 2 dəfə də ölkə kubokunu qazanıb.