Koronavirus səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının yeni təqviminin bir qismi məlum olub.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionat iyunun 17-də “Aston Villa” – “Şeffild Yunayted” oyunu ilə bərpa olunacaq. Ardınca “Mançester Siti” – “Arsenal” matçı start götürəcək. Mersisayd derbisi olan “Everton” – “Liverpul” oyunu isə iyunun 21-də baş tutacaq.
İyulun 2-dək məlum olan təqvimə görə, sözügedən tarixədək hər gün oyun keçiriləcək.
Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.