Portuqaliya çempionatının 25-ci turunda keçirilən “Tondela” ilə oyundan (0:0) sonra “Benfika”nın üzvlərini daşıyan avtobus hücuma məruz qalıb.

Offsideplus.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, naməlum şəxslər avtobusa hücum edərək, onu daşlayıblar. 

Hücum nəticəsində “Benfika”nın iki futbolçusu – Andria Jivkoviç və Yulian Vayql yaralanıb və xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisəni törədənlərin azarkeş olmadığı bildirilir.