İngiltərə Çempionşipində çıxış edən klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Offsideplus.az xəbər verir ki, analizlər nəticəsində 9 nəfərin koronavirusa yoluxduğu məlum olub.
Mayın 30-da və iyunun 2-də Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.