“Keşlə” klubu futbolçu, məşqçi və inzibati heyəti ilə birgə COVİD-19 testindən keçib.

Offsideplus.az xəbər verir ki, təlim-məşq bazasında olan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan “ASK Arena”-da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.