Premyer Liqa klubları mövsümə iyunda başlamaq planlarını müzakirə etmək üçün cümə günü iclas keçirəcək.
Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən martın ortalarından təxirə salınan İngiltərə çempionatının iyulun sonunda yekunlaşması üçün iyunun 8-ində başlaması planlaşdırılır.
Qeyd edək ki, Premyer Liqa klublarından "Arsenal", "Tottenhem", "Vest Hem" və "Brayton" qruplar halınde sosial məsafə qaydalarına uyğun şəkildə məşqlərə başlayıblar.