İcraiyyə Komitəsinin bugünkü iclasında çempionatlarla bağlı qərar qəbul olunub.
Offsideplus.az xəbər verir ki, qitə futbol qurumu milli çempionatı başa çatdırmaq mümkün olmadığı halda, yerli federasiya turnir cədvəlindəki hazırkı sıralamaya əsasən, avrokuboklara vəsiqə qazanan komandaların siyahısını UEFA-ya təqdim etməyi tapşırıb.
Milli assosiasiya sözügedən siyahını UEFA-ya təqdim etməsə, qurum həmin ölkə klublarının avrokuboklarda iştirakına qadağa qoya biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, hazırda Avropada Belarus çempionatından başqa, bütün liqalar koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınıb. Belçikada qalib açıqlanıb. Niderland isə sentyabrın 1-inə qədər futbol oyunlarına qadağa qoyulduğu üçün çempionatı bitirməyə qərar verib.