“Arsenal” futbolçularının məvaciblərini azaldıb.
Offsideplus.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Arsenal” rəhbərliyinin futbolçularla və məşqçilərlə onların aylıq məvaciblərinin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi bildirilib. Maaş endirimi bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək.
O da bildirilib ki, qarşıdakı bir il ərzində “Arsenal”ın imkanları ehtimal olunandan yüksək olsa, həm futbolçuların, həm də məşqçilərin məvacibindən tutulan hissə onlara geri qaytarılacaq.
Qeyd edək ki, daha öncə “Arsenal”ın futbolçularının məvaciblərinin azaldılmasına qarşı çıxdıqları bildirilirdi. Baş məşqçi Mikel Arteta futbolçularla danışaraq onların fikirlərini dəyişdirə bilib.