"Yuventus"un və Portuqaliya millisinin formasını geyinən Kriştiano Ronaldonun karyerası boyunca əldə etdiyi gəlir milyardı keçib.

Offsideplus.az xəbər verir ki, Forbes jurnalının açıqlamasına görə, ötən il 105 milyon avro qazanan ulduz oyunçu futbol və komanda növlərində buna nail olan ilk futbolçu olub.

Tarixin ilk milyarder futbolçusu olan Kriştiano karyerasında ən çox qazanan üçüncü idmançıdır. Ronaldonun önündə Tiqer Vudz və Floyd Meyvezer yer alır.

Qeyd edək ki, 5 dəfə "Qızıl Top" mükafatını qazanan 35 yaşlı K. Ronaldo cari mövsümdə "Yuventus" forması ilə meydana çıxdığı 32 rəsmi oyunda 25 qol vurub.  Ronaldonun Turin klubunda illik qazancı 30 milyon avrodur.