Beynəlxalq Voleybol Federasiyası (FIVB) koronavirus pandemiyası səbəbindən maliyyə problemi ilə üzləşən oyunçulara dəstək məqsədilə yardım fondu təsis edib.
Offsideplus.az xəbər verir ki, maliyyə dəstəyindən beynəlxalq federasiyanın bayrağı altında keçirilən yarışların təxirə salınması səbəbindən çətinlik çəkən peşəkar voleybolçular yararlana biləcəklər.
Vəsaitlərin ədalətli bölüşdürülməsi üçün xüsusi İşçi Qrupu yaradılıb. Müraciətlər 23 iyun tarixinə qədər təqdim olunmalıdır.
Qeyd edək ki, voleybol üzrə Millətlər Liqasında 2020 mövsümü pandemiya səbəbindən ləğv olunub.