Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpa tarixi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata açıqlamasında çempionatın iyunun 11-də başlayacağını bildirib:
“Çempionatın iyunun 11-də başlamasını planlaşdırırıq. Məqsədimiz növbəti həftə ilk dörd turun oyun cədvəlini açıqlamaqdır. Ümid edirəm ki, La Liqanın başlayacağı tarix təsdiqlənər. İlk oyun “Sevilya” – “Betis” matçı olacaq”.
Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes La Liqanın iyunun 8-də bərpa oluna biləcəyini açıqlamışdı.