Bundesliqanın 26-cı turunda bu gün “Bavariya”nı qəbul edəcək “Yunion Berlin” klubu oyuna baş məşqçisiz çıxacaq.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı Urs Fişer ailə probleminə görə İsveçrəyə getməyə məcbur olub.
Fişer geri qayıtdıqdan sonra iki dəfə koronavirus testindən keçməli olacaq.