Talles Maqno karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Vasko da Qama"da çıxış edən 18 yaşlı forvardla "Liverpul" yaxından maraqlanır.
Premyer Liqa klubu Braziliyanın U-17 yığmasının üzvü üçün 21 milyon funt-sterlinq təklif edib.
Qeyd edək ki, Talles Maqnonun sərbəstqalma dəyəri 43 milyon funt-sterlinqdir.