"Borussiya Dortmund"un futbolçusu Mario Götze klubunu dəyişə bilər.
Offsideplus.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə "Roma" və "Latsio" klubları mübarizə aparacaq. Yarımmüdafiəçinin özünün də klubunu dəyişmək istədiyi bildirilir.
Qeyd edək ki, Götze cari mövsüm ərzində 19 oyuna 3 qol vurub.