“Zirə” yeni futbolçuyla anlaşıb.

Offisdeplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Enrike Kustodionu heyətinə qatıb.

Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib.