Neymarın yeni klubunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu ilk klubu olan "Santos"a dönüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Neymarın son klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası olub.