"Zirə" futbolçusu Loris Broqno ilə başa çatan müqaviləni yeniləməyib. 

Offsideplus.az xəbər verir ki, belçikalı hücumçu azad agent kimi klubu tərk edib. O, bu barədə İnstaqram hesabında paylaşım edib:

"Azərbaycanda keçirdiyim 2 ilə görə "Zirə"yə təşəkkür edirəm. İndi yeni macəranın zamanıdır".

Qeyd edək ki, Loris 2021-ci ilin avqustundan "Zirə"də çıxış edir. 

 

Günay Xəlil