"Neftçi" Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf oyunla bağlı fikirlərini bildirib:
"Yaxşı oyun oldu, temp var idi. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruyub saxladıq, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir. Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək.