"Liverpul" yeni sözləşmə təklifini qəbul etməyən Məhəmməd Salahın yerini məşhur futbolçu gücləndirmək niyyətindədir.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi misirli hücumçunu Dortmund "Borussiya"sının 21 yaşlı norveçli ulduzu Erlinq Haalandla əvəzləyəcək. İngiltərə nəhəngi adıçəkilən oyunçu üçün almanlarla danışıqlara başlayacaq.
29 yaşlı futbolçunun Premyer Liqa klubu ilə müqaviləsi 2023-cü ildə yekunlaşır.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.