Beynəlxalq Şahmat Federasiyası rusiyalı qrossmeyster Sergey Karyakini bütün turnirlərdən kənarlaşdırıb.

Offsideplus.az  xəbər verir ki, qurumun  bu addımı atmağına səbəb şahmatçının ölkəsinin Ukraynaya hücumunu dəstəkləməsi olub. O, 6 ay bütün yarışlardan uzaqlaşdırılıb.

Qeyd edək ki, FİDE daha əvvəl Rusiya və Belarus şahmatçıları altında baş tutan turnirlərdəki iştirakına qadağa qoymuşdu.