"Zirə" hücum xəttinə yeni futbolçu cəlb edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" belçikalı hücumçu  Loris Brognonu heyətinə qatıb. 28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, sonuncu dəfə "Birşot"un formasını geyinən Brogno ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.