Britaniya vətəndaşı Əli İssa Əhməd Birləşmiş Ərəb Əmirliklərində həbs edilib.
Offsideplus.az xəbər verir ki, Əhməd bu ölkədə keçirilən Asiya kuboku zamanı tutulub. O, 1/4 finalda keçirilən Qətər – İran qarşılaşmasından sonra saxlanılıb.
Əhməd Qətər yığmasının formasını geyindiyi üçün yerli hakimiyyətin qəzəbinə tuş gəlib. 2017-ci ilin iyunundan Birləşmiş Ərəb Əmirliklərinin ərazisində Qətəri təbliğ etmək qadağan olunub.
BƏƏ hakimiyyəti hətta Asiya kuboku zamanı qətərli azarkeşlərin ölkəyə gəlişinə qadağanı ləğv etməyib. Məlumata görə, azarkeşi 15 ilə qədər həbs cəzası gözləyir.