Braziliyalı hücumçu Endrik mövsümün qalan hissəsi üçün Fransanın "Lyon" klubuna icarəyə verilib.

Offsideplus.az xəbər verir ki, İcarə müqaviləsi üzrə satınalma maddəsi nəzərdə tutulmayıb və oyunçunun "Lyon" tərəfindən daimi transferi mümkün olmayacaq.

Razılaşmaya əsasən, Endrikin maaşının yarısı "Real Madrid" tərəfindən ödəniləcək. Bu, Madrid klubunun gənc hücumçunu diqqət mərkəzində saxlamaq və onun inkişafını yaxından izləmək niyyətini göstərir. Endrik mövsümün sonunda, iyun ayında, "Real Madrid"ə geri dönəcək.