Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Offsideplus.az xəbər verir ki, İlk yarış günündə Oruc Vəlizadə (60 kq) və Aişə Qurbanlı (48 kq) tatami üzərinə çıxıb. Onların hər ikisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Vəlizadə ilk görüşündə sloveniyalı David Starkeli üstələsə də, 1/8 finalda rusiyalı Albert Oğuzova məğlub olub.
Qurbanlı isə ispaniyalı Xulia Figeroanı 54 saniyəyə ipponla yenməsinə baxmayaraq, 1/8 finalda serbiyalı Militsa Nikoliçə 99 saniyəyə uduzub.
Nəticədə hər iki cüdoçu çıxışlarını başa vurub.
Oktyabrın Azərbaycanın daha bir təmsilçisi Telman Vəliyev (73 kq) mübarizəyə qoşulacaq. O, 1/16 finalda portuqaliyalı Nunu Sarayvanı sınağa çəkəcək.
Yarışın son günündə isə qalan 5 cüdoçu yarışacaq. 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/16 finalda Aziz Kalkamanuli (Qazaxıstan) - Li Koçman (İsrail) cütünün qalibi, Tural Safquliyev Siril Qrossklausla (İsveçrə) qarşılaşacaq.
Elmar Qasımov (100 kq) 1/8 finalda L.A.Smit III (ABŞ) - Aklmurodbek Xudoyberdiyev (Özbəkistan) cütünün qalibi, Şahin Qəhrəmanov (+100 kq) 1/16 finalda Şaotonq Yuan (Çin) ilə üz-üzə gələcək. Qəhrəmanov qələbə qazansa, 1/8 finalda Or Sassona (İsrail) rəqib olacaq.
Nəhayət, İrina Kindzerska (+78 kq) 1/4 finalda Qalina Tarasova (Ukrayna) - Kristin Buessov (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqədə 62 ölkədən 348 cüdoçu mübarizə aparacaq. Onlardan 215-i kişi, 133-ü qadındır. Yarışın ümumi mükafat fondu 154 min dollardır.
***
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Offsideplus.az-ın məlumatına görə, üç gün davam edəcək yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. Onlardan 6-sı kişi, 2-si qadındır.
İlk yarış günündə Oruc Vəlizadə (60 kq) və Aişə Qurbanlı (48 kq) tatami üzərinə çıxacaq. Onların hər ikisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Vəlizadə sloveniyalı David Starkellə üz-üzə gələcək. Qurbanlı isə ispaniyalı Xulia Figeroa ilə qarşılaşacaq. Mərhələni adlayacaq qadın cüdo 1/8 finalda serbiyalı Militsa Nikoliçlə görüşəcək.
Oktyabrın 28-də mübarizəyə Telman Vəliyev (73 kq) qoşulacaq. O, 1/16 finalda portuqaliyalı Nunu Sarayvanı sınağa çəkəcək.
Yarışın son günündə isə qalan 5 cüdoçu yarışacaq. 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/16 finalda Aziz Kalkamanuli (Qazaxıstan) - Li Koçman (İsrail) cütünün qalibi, Tural Safquliyev Siril Qrossklausla (İsveçrə) qarşılaşacaq.
Elmar Qasımov (100 kq) 1/8 finalda L.A.Smit III (ABŞ) - Aklmurodbek Xudoyberdiyev (Özbəkistan) cütünün qalibi, Şahin Qəhrəmanov (+100 kq) 1/16 finalda Şaotonq Yuan (Çin) ilə üz-üzə gələcək. Qəhrəmanov qələbə qazansa, 1/8 finalda Or Sassona (İsrail) rəqib olacaq.
Nəhayət, İrina Kindzerska (+78 kq) 1/4 finalda Qalina Tarasova (Ukrayna) - Kristin Buessov (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqədə 62 ölkədən 348 cüdoçu mübarizə aparacaq. Onlardan 215-i kişi, 133-ü qadındır. Yarışın ümumi mükafat fondu 154 min avrodur.