Ümumdünya Karate Federasiyası (WKF) Premyer Liqa seriyasına yekun vurub.
Offsideplus.az xəbər verir ki, yarışın dörd mərhələsi ərzində Azərbaycan idmançıları iki dəfə fəxri kürsüyə qalxıblar.
Turqut Həsənov (84 kq) Antalyada təşkil olunan mərhələdə bürünc qazanıb. Fidan Teymurova (50 kq) eyni uğura Parisdə imza atıb.