Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatına start verib.
Offsideplus.az-ın məlumatına, qarışıq komanda yarışlarında mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası olub. Gərgin mübarizə şəraitində davam edən qarşılaşma millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
Millimiz 1/4 finalda Yaponiya ilə üz-üzə gəlib. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.
Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub. Ümumi hesabda yığmamız 2:4 hesabı ilə uduzub.
Yığmamız təsəlliverici görüşdə Hollandiya ilə qarşılaşıb və rəqibini məğlub edib - 4:2. Qadın cüdoçularımızdan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub. Kişilərin mübarizəsində Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə məğlub olub.
Bürünc medal uğrunda görüşə vəsiqə qazanan yığmamız burada Rusiya ilə üz-üzə gələcək.
***
Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Offsideplus.az-ın məlumatına görə, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.
Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
1/4 final mərhələsində rəqib Yaponiya olacaq.
Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/8 final
Azərbaycan - Avstriya - 4:1
57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.
70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1
+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0
90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0
+90 kq. Tornike Kokauri - Daniel Allerstorfer - 1:0
73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib.