Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Offsideplus.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşıb. Bir az öncə başa çatan görüşdə cüdoçumuz ippon fəndi ilə rəqibə uduzub.
Qeyd edək ki, bunadək Bakıda keçirilən dünya çempionatında Azərbaycan cüdoçularından yalnız biri – Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
***
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer idmançı bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə türkiyəli Kayra Sayıta uduzub. O, əlavə vaxtın 23-cü saniyəsində ipponla məğlub olub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100) yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.
***
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Offsideplus.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə belaruslu Vladislav Terpitskiyə 1 dəqiqə 2 saniyəyə ipponla qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi ukraynalı Aleksandr Qordiyenko olacaq.
***
Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Offsideplus.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq.