Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ilk medalçılar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, ilk yarış günündə qadınların mübarizəsində 48 kq, kişilərdə isə 60 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində yaponiyalı Naohisa Takato qızıl medal qazanaraq üçqat dünya çempionu olub. Rusiya idmançısı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuju Naqayama bürünc medala sahib olub.
48 kq çəki dərəcəsində qadınların mübarizəsində isə 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Gümüş medalı yaponiyalı Funa Tonaki, bürünc medalları isə argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax əldə ediblər.