ABŞ-li peşəkar boksçu Kevin Conson Rusiyanın prezidenti Vladimir Putinə səslənib.
Offsideplus.az xəbər verir ki, "Kinqpin" ləqəbli idmançı dünən Moskvada rusiyalı Vyaçeslav Datsikə qalib gəldiyi görüşdən sonra Vladimir Putinə müraciət edərək, Rusiya vətəndaşlığına keçmək istədiyini deyib:
"Prezidentə səslənmək istəyirəm, cənab Vladimir Putin, əgər izləyir və eşidirsinizsə, mən Kevin COnson karyerama burada yaşayaraq davam etmək istəyirəm. İcazənizlə rus passportu almaq və Rusiyanın evim olmasını istəyirəm".