Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir.
Offsideplus.az 3 gün davam edəcək turnirdə 64 ölkədən 406 idmançı mübarizə aparacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.
Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutacaq.
Böyük Dəbilqə, Kişilər
60 kq
Kəramət Hüseynov - Vijay Yadav (Hindistan)
Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi
Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi
Rövşən Əliyev - Rodriqo Lopes (Portuqaliya)
66 kq
Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı)
Yaşar Nəcəfov - Xuan Ernandes (Kolumbiya)
İslayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya)
Kamran Süleymanov - Ayyub Elidrissi (Qətər)
Qadınlar
48 kq
Leyla Əliyeva - Edna Karillo (Meksika)
Aişə Qurbanlı - Qaliya Tınbayeva (Qazaxıstan)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)
52 kq
Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)
Aydan Vəliyeva - Faiola Diaz (Venesuela)