Azərbaycan kikboksçusu Emil Xəlilov döyüşünü qələbə ilə bitirib.

Offsideplus.az 64,5 kq çəki dərəcəsində çıxış edən Xəlilov Nuri Kacarı (Türkiyə) nokauta salıb. Hər iki idmançıya medal verilib. Azərbaycan idmançısı doğulduğu ölkə olan Gürcüstanın bayrağı ilə dövrə vurub.

Bundan başqa, yeganə qadın döyüşündə Niderland təmsilçisi Nikita Kosterman (65 kq) qalib gəlib. O da türkiyəli Kübra Aksoyu məğlub edib.