Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turniri keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov turnirdə ilk görüşünə çıxıb. Braziliyalı İsmael Bonfimlə qarşılaşan 28 yaşlı idmançı debüt döyüşündə məğub olub (30-27, 30-27, 29-28).
Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.