Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha bir qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) İslamiadanın qalibi olub.
Digər təmsilçimiz Camal Məmmədov isə finalda məğlub olaraq (Full kontact, 54 kq) gümüş medalın sahibi olub.
Qeyd edək ki, bu nəticə ilə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.