Sonuncu cüdoçumuz Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.

Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.

Bununla da cüdo üzrə Azərbaycan milli komandası İslamiadanı 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib olub.