Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, Albaniya təmsilçisi Zəlimxan Abakarovla qarşılaşıb.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
***
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov (74 kq) final görüşünə çıxıb.
O, həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.