Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan qadın güləşçisi Mariya Stadnik yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. 39 saniyəyə rəqibi üzərində 10:0 hesablı qələbə qazanan Stadnik, adını finala yazdırıb.
Qeyd edək ki, 50 kq-da çıxış edən idmançımız 1/4 finalda türkiyəli Əminə Çataloğlu ilə qarşılaşıb və rəqibini 1 dəqiqə 35 saniyəyə tam üstünlüklə məğlub edib: 10:0.
Stadnik daha öncə 33 saniyəyə Qazaxıstan təmsilçisi Svetlana Ankiçevaya qalib gəlib.