Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyevi qəbul edib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı idmançını ölkə bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən F.Qayıbov onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu söyləyib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib.
Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.