Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin qran-prisində üçüncü döyüşünü keçirib.
Offsideplus.az xəbər verir, 30 yaşlı Kərəmov Yaponiyada təşkil olunan döyüşdə yerli idmançı Sora Yamamoto ilə qarşılaşıb. Yapon rəqibini məğlub edən Kərəmov qran-pridə ardıcıl üçüncü qələbəsini qazanıb.
O, daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlmişdi.