Azərbaycanlı idmançı Tofiq Musayevin "Bellator 279" turniri çərçivəsində bu ay keçirməli olduğu döyüş təxirə salınıb.
Offsideplus.az "MMA Azərbaycan"a istinadla xəbər verir ki, Tofiq aprelin 24-də ABŞ döyüşçüsü Zak Zeynlə qarşılaşmalı idi.
Havay adalarında baş tutmalı olan qarşılaşmanın ləğv olunmasının səbəbi barədə məlumat yoxdur.
Bildirək ki, Musayev bu ilin yanvarında "Bellaor"la 4 döyüşlük müqavilə bağlayıb.